AZ

Sülhməramlıların çıxması barədə hər iki ölkənin rəhbərlərinin verdiyi qərar mühüm tarixi hadisədir – Elşən Uluxanlı

Rus sülhməramlılarının Qarabağa gəlməsi və onların buradakı fəaliyyəti zamanında ictimai narazılığa səbəb olmuşdu. Lakin bu gün onların vaxtından əvvəl öz xoşları ilə çıxmaları Ali Baş Komandan İlham Əliyev cənablarının “Mən bilirəm nəyi nə vaxt etmək lazımdır ki, uğurlu nəticəsi olsun” fikrinin nə dərəcədə önəmli olduğu bir daha öz təsdiqini tapmış oldu.

Bu fikirləri Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Herbiand.az-a Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmalarına münasibət bildirərkən söyləmişdir:

“Bəzi siyasətçilərin pessimist iddialarına görə sülhməramlıların heç beş ildən sonra da Azərbaycandan çıxmayacağı, hələ uzun illər də burda kök salacaqları fikrinin tam əksi oldu. Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində sülhməramlıların burda qalmasına heç bir səbəb olmadığından onlar Azərbaycanı vaxtından əvvəl tərk etdilər. Sülhməramlıların çıxması barədə hər iki ölkənin rəhbərlərinin verdiyi qərar mühüm tarixi hadisədir”.

Elnurə İSAXAN

 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla