AZ

Dünya çempionatında iştirak edəcək Avropa klubları dəqiqləşib

Bakı. Trend:

Klublararası dünya çempionatında iştirak edəcək sonuncu Avropatəmsilçisi bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, “Köhnə qitə”dən son vəsiqəni “Zalsburq”qazanıb.

Avstriya klubu 2025-ci ildə təşkil olunacaq turnirdə Avropanın12-ci komandası olacaq. Buna səbəb “Arsenal”ın Çempionlar Liqasının1/4 finalında “Bavariya”ya uduzmasıdır.

Zalsburqlulara qədər “Mançester Siti”, “Çelsi”, “Real”,“Bavariya”, PSJ, “İnter”, “Porto”, “Benfika”, “Borussiya” D,“Yuventus” və “Atletiko” da Avropanı mundialda təmsil etmək hüququqazanıb.

Qeyd edək ki, 32 komandanın qatılacağı yarış 2025-ci ilinyayında ABŞ-də keçiriləcək.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla