AZ

SON DƏQİQƏ: Qarabağdan çıxan rus hərbçilərinin SİYAHISI ADBAAD CANLI

Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontigentindən 294 nəfər, biri qadın olmaqla regionu tərk edib.

Musavat.com bildirir ki, hazırda sülhməramlı qüvvələrin ikinci partiyasının bölgədən çıxmasına hazırlıq gedir. Eyni zamanda, onların çıxarılan hərbi texnikası və ləvazimatlarının siyahısı da açıqlanıb. Həmin siyahını təqdim edirik:

1. Böyük hərbi çadır - 3 ədəd
2. 2. Hamam - 1 ədəd
3. Çamaşırxana - 1 ədəd
4. 4. Sanitar qovşaq - 1 ədəd
5. 5. BTR-26 ədəd
6. KAMAZ Punkt - 3 ədəd
7. 7. URAL Punkt - 2 ədəd
8. KAMAZ yanacaq - 2 ədəd
9. KAMAZ yanğınsöndürən - 1 ədəd
10. 10. KAMAZ kran - 1 ədəd
11. KAMAZ qoşqu - 1 ədəd
12. KAMAZ sanitar - 1 ədəd
13. UAZ-3 ədəd
14. Qoşqu - 5 ədəd
15. Şəxsi heyət - 40 nəfər
16. 17 platforma
17. 1 kriti vaqon
18. 2 klasnı (sərnişin) vaqon (AR-na məxsus)

Bu arada isə Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Ruben Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb. Məktubda deyilir ki, Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.
Sitat: “Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər. Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub”.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla Cənubi Qafqazı və rus qoşunlarının gedişini müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla