AZ

Yuanın SWIFT vasitəsilə qlobal ödənişlərdə payı tarixi rekorda çatıb

Qlobal ödəniş xidmətləri təminatçısı “Society for Worldwide Interbank Financial Telecommunication” (SWIFT) tərəfindən mart ayında təqdim edilən məlumatlara görə, Çin valyutası yuanının qlobal ödənişlərdə payı rekord səviyyəyə yüksələrək 4,69%-ə çatıb.

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını - 28% ARTIRIB

Bu gün 78,9 milyon dollar satıldı - VALYUTA HƏRRACI

FED.az xəbər verir ki, bununla belə yuan dünyanın dördüncü ən aktiv valyutası olaraq qalır. SWIFT-in məlumatları göstərir ki, yuan beynəlxalq ödənişlərdə getdikcə daha çox istifadə olunur və bütün dünyada mühüm rol oynayır.

Çin valyutasının rekord səviyyəyə yüksəlməsi bir sıra amillərlə bağlıdır.

Çin Xalq Bankının yuanın beynəlxalqləşməsi ilə bağlı son hesabatına görə, 2023-cü ildə RMB transsərhəd debitor borcları və ödənişləri əvvəlki illə müqayisədə 24,2% artaraq 52,3 trilyon yuan (7,2 trilyon dollar) təşkil edib.

Çinin mal ticarəti üzrə transsərhəd əməliyyatlarına gəlincə, yuanla hesablaşmaların nisbəti 2023-cü ildə 25%-ə çatıb ki, bu da 2022-ci illə nisbətdə 7% artım deməkdir. Məlumata görə, 2024-cü ilin yanvarında bu göstərici 26% olub.

Bu məlumatlar yuanın beynəlxalq ticarətdə və transsərhəd ödənişlərdə getdikcə daha çox istifadə edildiyini göstərir.

Digər valyutalara gəlincə Avronun beynəlxalq ticarətdəki payı mart ayında Swift-in yeni meyar tətbiq etməsindən bəri 24,4 faizdən 22 faizdən aşağı düşüb.

SWIFT hesab edir ki, ABŞ dollarının qlobal ödənişlərdəki payı digər valyutaların payını üstələməkdə davam edir və son aylarda 47 faiz civarında nisbətən sabit qalıb.

Mart ayının nəticələrinə əsasən SWIFT vasitəsilə qlobal hesablaşmalarda valyutaların reytinqi:

1.ABŞ dolları (dollar) – 47,37%

2.Avro (avro) – 21,93%

3.GBP (funt sterlinq) – 6,57%

4.CNY (Çin yuanı) – 4,69%

5.JPY (Yapon yeni) – 4,13%

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla