AZ

“Latsio” onunla müqaviləni yenilədi

Mattia Zakkani karyerasını “Latsio”da davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi Roma klubunun yeni müqavilə təklifini qəbul edib.

Futbolinfo.az xəbər verir ki, Zakkani 2029-cu ilin yayınadək “Latsio”da oynamağa qərar verib. Onun maaşı əhəmiyyətli dərəcədə artırılıb.

2021-ci ildə “Verona”dan icarəyə götürülən yarımmüdafiəçi, bir il sonra 7,1 milyon avro qarşılığında birdəfəlik transfer olunmuşdu. Onunla anlaşma 2027-ci ildə bitəcəkdi.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla