AZ

DİM-in sədri Məleykə Abbaszadə Selahattin Gelbal ilə görüşüb

Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Hacettepe Universitetinin professoru Selahattin Gelbal, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri Elza Səmədli və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, qonaqlar əvvəlcə DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, həmçinin qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.

 

Görüş zamanı Azərbaycanda milli qiymətləndirmə sisteminin inkişaf yolu, imtahanlarda etibarlılığın və şəffaflığın təmini, məlumat bazalarının idarə olunması, bilik, bacarıq və səriştələrin qiymətləndirilməsində elmi yanaşmanın əhəmiyyəti, elm və texnologiyanın, o cümlədən süni intellektin qiymətləndirmə proseslərinə tətbiqi üzrə müzakirələr aparılıb. DİM-in əməkdaşları həmçinin imtahan nəticələri və test tapşırıqları üzrə aparılan elmi-statistik təhlillər və yazı işlərinin elektron qiymətləndirilməsi prosesini əks etdirən təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, Professor Selahattin Gelbal EATDA-nın SABAH qruplarının təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasında təhsil alan magistrlər üçün “Təhsildə ölçmə, qiymətləndirmə və elmi tədqiqatda data analizi” mövzusunda modul dərsin tədrisini həyata keçirir.

 

Professor həmçinin ADPU-da SABAH qruplarında magistratura səviyyəsi üçün pedaqogika ixtisasının “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə mövcud təhsil proqramının təkmilləşdirilməsi məqsədilə fəaliyyətə başlayan ekspert komissiyasına məsləhətçi kimi dəvət olunub. Qeyd edək ki, DİM-in əməkdaşı Elmir Şirinov da həmin ekspert komissiyasına üzv kimi cəlb olunub.

 
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla