AZ

Keçmiş məhkum marketdən 8000 manatlıq spirtli içki oğurladı (VİDEO)

Bakı. Trend:

Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxssaxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşənmarketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərindəspirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsininəməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədənpaytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotikcinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakınınolub-olmadığı araşdırılır.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqavətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Seçilən
31
33
Mənbələr
Şərh ()
Bağla