AZ

Sülhməramlıların Azərbaycanda qalmasına heç bir əsas səbəb qalmır - Politoloq

Rus sülhməramlı qüvvələrinin vaxtından əvvəl Azərbaycan Respublikasının ərazisini tərk etməsinin bir neçə səbəbi var.

Bu fikirləri Herbiand.az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, politoloq Taleh Əliyev bildirib. Politoloq hesab edir ki, əsas səbəb sülhməramlı qüvvələrin əsas missiyasının ortadan qalxmasıdır:

“Bildiyiniz kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri separatçı rejimin sonuncu təxribatından sonra 2023-cü il sentyabrın 19-dan 20-nə qədər həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qondarma rejim özünü buraxdı. Bundan qısa müddət sonra isə ermənilər kütləvi sürətdə və ən əsası da heç bir təzyiq olmadan Qarabağı tərk etməyə başladılar. Təbii ki, bundan sonra rus sülhməramlı qüvvələrinin mandatı haqlı olaraq müzakirə predmetinə çevrildi. Azərbaycan tərəfi də dəfələrlə rəsmi qaydada bəyan etdi ki, belə bir şəraitdə rus sülhməramlı qüvvələrinin 2025-ci ildən sonra Azərbaycanda qalmasına heç bir əsas səbəb qalmır”.

Taleh Əliyev hazırkı mərhələdə rus sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsinin digər səbəbi kimi Rusiya Ukrayna müharibəsində Rusiya tərəfinin həm canlı qüvvə, həm də hərbi texnikaya qarşı olan artan tələbatı olduğunu qeyd edib.

 

Elnurə İSAXAN

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla