AZ

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılıb

Qırğızıstanda "TikTok" sosial media platformasına giriş məhdudlaşdırılıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu gündən etibarən Qırğızıstanda istifadəçilər baruzerlər vasitəsilə platformaya daxil ola bilmirlər.

Mobil telefonlarda quraşdırılan TikTok versiyası isə işləməyə davam edir.

Qeyd edək ki, Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi uşaqları onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərə biləcək məlumatlardan qorumaq üçün 2023-cü ilin avqustunda ölkədə “TikTok”un qadağan edilməsi barədə qərar qəbul edib.

Şəbnəm Mehdizadə

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla