İsrail Qəzza zolağına əlavə artilleriya və zirehli maşınlar yerləşdirir.
NOCOMMENT.az “The Guardian”a istinadən xəbər verir ki, bu da Təl-Əvivin Rəfaha uzun müddətdir, planlaşdırdığı quru hücumuna hazırlaşdığını göstərir.
Bölgədə həmçinin qoşunların da hazır vəziyyətə gətirildiyi bildirilib.
İsrail Müdafiə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.