AZ

Yeni yaradılan klub: "Xankəndidə oynamaq üçün AFFA ilə danışıqlar gedir"

Bu il martın 25-də yaradılan “Xankəndi” eyniadlı şəhəri təmsil edəcək.

Bəs komanda hansı liqada çıxış edəcək, harada məskunlaşacaq, sponsoru varmı?

Sportinfo.az xəbər verir ki, “Xankəndi”nin icraçı direktoru Rövşən Mustafayev "Futbol+"ə deyib:

“Gələn ildən 1-ci və ya 2-ci liqada oynamağa başlayacağıq. Sponsorumuz da var.

Digər həvəskar komandalarda aylıq və məşq pulu olur. Amma bizdə yoxdur. İyunda uşaq futbolu bölməsi açılacaq.

Avqustda isə Xankəndi şəhərində oynamağa başlamaq istəyirik. Komandamız Bakı Olimpiya Stadionunun 2-ci ehtiyat meydançasında və ya Abşeron İdman Kompleksində məşq edə bilər.

Bununla bağlı danışıqlar gedir. Əsas odu ki, futbolumuz inşkaf etsin. Xankəndidə oynamaqla bağlı AFFA ilə danışıqlar gedir”.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla