AZ

500 manatlıq əskinaslarda ulu öndər Heydər Əliyevin şəkili olacaq? - Açıqlama

500 manatlıq əskinaslarda ulu öndər Heydər Əliyevin şəkili olacaq? - Açıqlama

Məlum olduğu kimi, 200 manatlıq əskinaslar məbləğ bir qədər böyük olduğu üçün digər əskinaslar ilə nisbətdə sayında azlıq müşahidə olunur. Bu əskinaslar ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə dövriyyəyə buraxılıb. Bu gün ən çox müzakirə olunan mövzulardan biri isə 500 manatlıq əskinasların dövriyyəyə buraxılması ilə bağlıdır. Bu baxımdan həmin əskinaslar ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi məqsədilə dövriyyəyə buraxıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Asif İbrahimli deyib ki, sözügedən məsələ tez-tez gündəmə gələn mövzudur və bir sıra təkliflər irəli sürülür:

" Bildiyimiz kimi, 200 manatlıq əskinaslar 2018-ci ildən mövcuddur. Cümhuriyyətin 100 illiyi ilə və ümumilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar bu əskinaslar dövriyyəyə buraxıldı. Təbii ki, bu məbləğlərin digər əskinaslar ilə nisbətdə sayı daha azdır. Bir az daha yüksək məbləğdə vəsait olduğu üçün, o cümlədən orada bir sıra istifadə zamanı yarana biləcək problemləri nəzərə alaraq azsaylı olaraq dövriyyəyə buraxıldı. Mən yeni əskinasların uğurlu bir model olduğunu düşünürəm. 500 manatlıq əskinaslarıda dövriyyəyə buraxsaq, hər hansı bir çətinlik olacağını düşünmürəm. Bu mövzulardan müzakirə edilən zaman problemlərin olacağı düşünülür. Bir çox hallarda 500 manatlıq əskinasın dövriyyə buraxılmasının müsbət tərəfləri mövcuddur. Xüsusilə üzərində ümumilli lider Heydər Əliyevin şəkli olan 500 manatlıq əskinaslar dövriyyəyə buraxılsa hər hansı tədavül olacağını düşünmürəm. Əksinə olaraq bir çox hallarda müsbət tərəflərini dəstəkləyirəm".

Sevda Səfərova

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla