AZ

Nicatın qələbəsi yoxdu

Kanadanın Toronto şəhərində keçirilən dünya şahmat tacına İddiaçıların turniri davam edir.

Həmvətənimiz Nicat Abasov 10-cu turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb və təəssüf ki, məğlubiyyətlə barışıb. 28 yaşlı qrossmeyster 10 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb. Turun qalan nəticələri: Rameşbabu Praqnandha (Hindistan) – Vidit Santoş (Hindistan) 0,5:0,5, Fabiano Karuana (ABŞ) – Əlireza Firuzca (Fransa) 1:0, Yan Nepomnyaşi (Rusiya) – Qukeş Dommaracu (Hindistan) 0,5:0,5.

Xal durumu: Nepomnyaşi, Qukeş – 6, Nakamura, Karuana, Praqnandha – 5,5, Vidit – 5, Firuzca – 3,5, Abasov – 3.

Bu arada turnir çərçivəsində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub. Qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb. Qeyd edək ki, o, Torontoya Nicatın sekundant-məşqçisi qismində yollanıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla