AZ

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir. 


Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, ötən ilin birinci rübü ərzində əcnəbilər 11 025 ədəd mənzil aldığı halda bu il alınan mənzillərin sayı 5 729 ədədə düşüb. 


Ən çox azalma Rusiya vətəndaşlarının mənzil alışında müşahidə edilib. Ötən ilin ilk 3 ayında Türkiyədən 3 515 ədəd mənzil alan rusların bu il aldığı mənzillərin sayı 1 361 ədədə düşüb. 


Eyni dinamika İran və İraq vətəndaşlarının alışlarında qeydə alınıb. 


Türkiyədən ən çox mənzil alan əcnəbilər arasında Azərbaycan vətəndaşları da var. Bu il Azərbaycan vətəndaşlarının aldığı mənzillərin sayı da azalıb. Əvvəlki ilin birinci rübündə 207 ədəd mənzil alan həmvətənlərimiz bu il alış sayını 169 ədədə endiriblər.


Vasif


 

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla