AZ

Qanunsuz yollarla Türkiyəyə keçən 17 nəfər saxlanılıb

Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 17 xarici ölkə vətəndaşı yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri şəhərdə qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yoxlama aparıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən Suriya, Əfqanıstan və Pakistan əsilli 17 nəfər tutulub.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla