AZ

Ötən ay azərbaycanlılar Türkiyədə neçə mənzil alıblar?

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 57 mənzil alıblar. Beləliklə, azərbaycanlılar Türkiyədən ən çox mənzil alanlar siyahısında 7-ci yerdə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə mənzil satışı statistikasını açıqlayıb.

Bu ilin mart ayında Türkiyədə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 0,1% azalaraq 105 min 394 olub.

Mənzil satışlarında 19 min 40 ev satışı və 18,1% pay ilə İstanbul lider olub.

Mart ayında Rusiya vətəndaşları Türkiyədən 411 ev alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 182 evlə İran, 129 evlə Ukrayna və 82 evlə İraq vətəndaşları izləyib.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla