AZ

Sabunçu Tibb Mərkəzinə cərimə yazılıb

Sabunçu Tibb Mərkəzi publik hüquqi şəxsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlumdeyil.

Protokol təsdiq olunarsa, Sabunçu Tibb Mərkəzi 300 manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla