AZ

"Qəbələ" 4000 manat cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Premyer Liqanın XXX turunda baş verənlər müzakirə olunub.

“Zirə” ilə ev oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat ödəyəcək.

“Qəbələ” – “Turan Tovuz” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri, 5 oyunçusu xəbərdarlıqla cəzalanan qonaqlar hərəyə 700 manat cərimələniblər. Hakimləri təhqir edən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

“Kəpəz”lə ev matçında “Səbail”in hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan futbolçusu Adi Mehremiç 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimələnib. Ona sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”la ev görüşündə 5 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat ziyana düşüb. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə ödəyəcək.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla