AZ

“Bu kəndləri Azərbaycana qaytarmasaq…” – Paşinyan

“Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq”.

KONKRET.az xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib:

“Əgər biz bu addımları atmasaq (delimitasiya və demarkasiya ilə bağlı), zəmanət verirəm ki, regionumuzda növbəti partlayış baş verəcək”.

Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla sərhədin bir hissəsinin delimitasiyası prosesinə başlamağa hazırdır. Söhbət 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra İrəvanın nəzarətinə keçən Tavuş vilayətindəki dörd kənddən gedir. Tavuşda sərhədin delimitasiyası Bakı ilə silahlı toqquşmanın qarşısını ala bilər, lakin bu, qarşıdurmanın olmayacağına zəmanət vermir.

Siyasətçi onu da əlavə edib ki, hazırda Bakı ilə razılaşdırılmış xəritələr yoxdur.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla