AZ

Sülhməramlıların çıxarılması Bakı-Moskva münasibətlərinə nə vəd edir? - TƏFƏRRÜATLAR

Müəllif: Elvin Səxavətoğlu

Bir neçə gündür Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı müzakirələr regionun əsas gündəm mövzusuna çevrilib.

Məlumdur ki, sülhməramlılar Qarabağa Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyannaməyə uyğun olaraq müvəqqəti yerləşdirilmişdi.

Həmin bəyannamənin sülhməramlılara aid bəndində göstərilirdi ki, onlar Qarabağda 2025-ci ilin noyabrına qədər fəaliyyət göstərəcəklər. 2025-ci ilin sonuna 6 ay qalmış tərəflərdən biri razı olmazsa, sülhməramlılar  bölgəni tərk etmiş olacaqdı.

Amma proses daha tez başladı və artıq rəsmi məlumata görə 2024-cü ilin sentyabrına kimi sülhməramlılar Qarabağı tamamilə tərk etmiş olacaq.

Ümumilikdə artıq Qarabağın hərbisizləşdirilməsi prosesinə başlanılıb. Bu baxımdan bölgədə hansısa xarici hərbi birləşmənin qalmasına ehtiyac da yox idi.

Təbii ki, bu prosesin gözləniləndən tez və tərəflərin razılığı ilə başlaması, Azərbaycan və Rusiya arasında etimad mühitinin göstəricisidir.

Sülhməramlıların çıxarılması Bakı-Moskva münasibətlərinin daha da yaxşılaşmasına səbəb olacaq.

Azərbaycan-Rusiya münasibətlərindəki qarşılıqlı etimadın kökündə xüsusilə iki ölkə liderinin şəxsi münasibətləri dayanır.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla