AZ

Çeçenistanda sabiq nazir saxlanıldı – SƏBƏB

Çeçenistan Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbəri Alixan Çakayev Dağıstanda saxlanılıb.

KONKRET.az xəbər verir ki, internetdə onun saxlanmasına səbəb olan görüntülər yayılıb. Qeyd edək ki, çəkiliş Dağıstandakı Gerzel keçid məntəqəsi ərazisində aparılıb.

İlkin məlumatlara görə, saxlanılan şəxs qarşı zolağa çıxıb və sonra yol polisi əməkdaşlarının tələbi ilə dayanmaqdan imtina edib. Eyni zamanda, xəbərdə deyilir ki, nazirin yanında heç bir sənəd olmayıb. Maraqlıdır ki, Çakayev sonradan azadlığa buraxılıb. İddialara görə, saxlanılan yerə yol polisi batalyonu və bir neçə xüsusi təyinatlı maşın gəlib.

Alixan Çakayev 2022-ci ilin martında Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edib. Bundan əvvəl o, regional Fövqəladə Hallar Nazirliyinin terrorla mübarizə üzrə rəis müavini vəzifəsində çalışıb. Çakayev 16 ilə yaxın Çeçenistan Daxili İşlər Nazirliyində işləyib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla