AZ

Ticarət şəbəkəsində vaxtı keçmiş ərzaq məhsullarına görə kim cavabdehdir?

Bakı. Trend:

Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görəyüz faizlik cavabdeh sahibkardır. Azərbaycanda təəssüf doğuranməsələ ondan ibarətdir ki, istehlakçıların bu məsələyə yanaşmasıbir qədər fərqlidir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

O qeyd edib ki, ölkəmizdə hazırda 50 mindən çox ticarət şəbəkəsivar.

“Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaqməhsullarına görə ittiham qida təhlükəsizliyi orqanının üzərinədüşür. Dünyada qida təhlükəsizliyinə nəzarət sistemi isə belədirki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qidatəhlükəsizliyi orqanı isə tənzimləyicidir. Bu orqan sahibkarlaistehlakçı arasında münasibətləri tənzimləyir.

Hazırda qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlarvar. Bunun biri ondan ibarətdir ki, hazırda Qida TəhlükəsizliyiAgentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdəolan maneə bizə imkan vermir ki, plandan kənar yoxlama həyatakeçirək.

Dünyada qida təhlükəsizliyi sahəsində nəzarət sistemi öncədənxəbər vermədən aparılır. Bizdə isə hazırda qanunvericilik bunaimkan vermədiyi üçün 1 il əvvəldən yoxlanılacaq müəssisələrhaqqında məlumat veririk. Həmin müəssisələrə öncədən xəbərdarlıqedir ki, konkret müddətdən sonra sizi yoxlamağa gələcəyik.

Sahibkar maksimum çalışır ki, həmin dövrə hazırlığını həyatakeçirsin. Ondan sonra isə hansısa pozuntuları həyata keçirəbilirsə, yenidən davam etdirsin”, - deyə o əlavə edib.

Seçilən
152
4
Mənbələr
Şərh ()
Bağla