AZ

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

“İnklüzivlik

Bakı, 18 aprel, AZƏRTAC

DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin icrasına başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, “Korporativ DOST” altproqramı çərçivəsində həyata keçirilən layihənin ilk günündə autizm sindromlu gənclər üçün xüsusi hazırlanmış “DOST sirri” adlı müsabiqə təşkil olunub. Autizm Mərkəzinin inzibati binasında keçirilən müsabiqədə autizm sindromlu gənclər könüllülərlə birlikdə Mərkəz daxilində gizlədilmiş “açarlar”la “DOST sirri”ni açmaq uğrunda mübarizə aparıblar.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı həyata keçirilən “İnklüzivlik ayı” layihəsi 4 həftə davam edəcək. Layihənin məqsədi autizm və Daun sindromlu, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla