AZ

Rusiya XİN Brüssel danışıqlarına dair sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir

Rusiya Brüssel danışıqları barədə mətbuata sızan məlumatlara Ermənistandan dəqiq reaksiya gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirirərkən deyib.

O qeyd edib ki, İrəvan daha əvvəl qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı istiqamətlənmədiyini əmin etmişdi.

“Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla