AZ

“Liverpul” Salahın yerinə qanalını gətirə bilər

”Liverpul” Məhəmməd Salahın mümkün gedişinə görə alternativini bəlirləyib.

İdmanxeber.az “Fichajes” portalına əsasən xəbər verir ki, Mersisayd klubu misirli oyunçu Səudiyyə Ərəbistana gedərsə, onu Məhəmməd Kudusla əvəz edə bilər.

Kudus ötən ilin yayından “Vest Hem”də çıxış edir. Qanalı oyunçu bu mövsüm London klubunun heyətində 40 oyuna çıxıb, 16 qol vurub və 4 assist edib.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla