AZ

İran rejimi İsraili yarım əsrlik təyyarə ilə qorxudur

İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi bildirib ki, hərbi hava qüvvələri İsrailə qarşı Sovet dövründən qalma Su-24 hərbi təyyarələrindən istifadə edərək əmrləri yerinə yetirməyə hazırdır.

"Biz Su-24 ilə hədəflərimizi vurmağa hazırıq" deyən Vahedi, bu təyyarənin ilk dəfə 1974-cü ildə xidmətə girdiyini bəyan etdi. Su-24 İranın həm ABŞ, həm də Rusiyadan bir neçə köhnə modelləri ehtiva edən məhdud zərbə təyyarə inventarının bir hissəsidir.

Vahedinin bu açıqlaması, İranın həftə sonu İsrailə qarşı hava hücumundan sonraya təsadüf edir. İran rejimi İsrailə 350-dən çox raket və pilotsuz uçan aparat atdı, onların əksəriyyəti İsrail və onun müttəfiqləri tərəfindən zərərsizləşdirildi.

Tehran bildirir ki, bu hücum aprelin 1-də İranın Suriyadakı konsulluğunun dağıdılmasına cavab idi.

Vahedinin köhnəlmiş, yarım əsrlik Su-24 hərbi təyyarələri barəsindəki şərhi sosial şəbəkədə gülüş obyektinə çevrildi.

Hazırda İran rejiminin Hərbi Hava Qüvvələri 1991-ci ildə Körfəz Müharibəsi zamanı İraqdan və digər postsovet ölkələrindən alınmış 30-a yaxın Su-24MK-dan istifadə edir.

visiontv.az



Seçilən
58
Mənbələr
Şərh ()
Bağla