AZ

İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Qlobal iqlim dəyişmələri və ölkədə suya təlabatın artması, su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülməsi, su kanallarının suvarma qabiliyyətinin artırılması və yaxşılaşdırılması, mütərəqqi suvarma üsullarından istifadə edilməsi əsas prioritetlərdəndir.

Uzun illər bu istiqamətdə görülən işlər su anbarlarının, hidroqovşaqların, drenaj sistemlərinin və digər qurğuların qurulub istifadəyə verilməsi ölkəmizdə su təminatının yaxşılaşdırılmasına və su itkisinin qarşısının alınmasına, aqrar sektorun inkişafına təkan verəcək.

Ölkəmizin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı 8 rayonun 112 min hektardan artıq əkin sahəsinin suvarma və məişət suyu ilə təmin edir. Fasiləsiz istifadə edildiyi üçün kanalın yenidən qurulması, texniki bazasının yenilənməsi diqqət mərkəzindədir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun yenilənməsi və bərpası, təsərrüfatların su ehtiyatı ilə təmin edilməsi üçün effektiv şəkildə işlər görülür, suvarma kanalları təmizlənir, genişləndirilir, daha çox ərazini əhatə etməsi üçün texniki iqtisadi plan hazırlanıb.

Heç təsadüfi deyil ki, məhz aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Ölkə başçısı çıxışında bu kanalın respublikamızın iqtisadi həyatında mühüm əhəmiyyətini diqqətə çatdıraraq tikiləcək Şirvan su kanalının infrastruktura təsiri barədə də dəyərli fkirlərini və tövsiyələrini bölüşdü.

Kanalın müasir tələblər səviyyəsində yenidən quruıması, SCADA sistemi yaratmaqla su ehtiyyatlarından səmərəli və optimal istifadə Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdrılmasına, hətta Pirsaatçay su anbarının nasos stansiyasının qidalanmasına imkan verəcək.

Prezident İlham Əliyev sürətlə inkişaf edən ölkəmizin daha nəhəng layihələrə imza atacağını və inkişaf etmiş infrastruktura malik olacağını qətiyyətlə xalqın diqqətinə çatdırdı.

Fəridə Şərifova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla