AZ

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Bakı. Trend:

Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayınınpensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əksetdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikməyoxdur.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondununİctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilibildirib.

"Respublika üzrə aprel ayının pensiylarının ödənişi davametdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə dəAbşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrırayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyalarıödənilib.

Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarınınödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başaçatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamışaprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq", - o qeydedib.


Seçilən
24
41
Mənbələr
Şərh ()
Bağla