AZ

Azərbaycan İtaliyaya qaz ixracını artırıb

2024-cü ilin ilk iki ayında  Azərbaycandan İtaliyaya qaz ixracı 10 dəfədən çox artaraq 1 milyard 599 milyon 251,8 min kubmetr təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat verib. 

Bu dövrdə İtaliyaya 727 milyon 044,01 min dollar dəyərində qaz ixrac edilib. 

Ötən ilin yanvar-fevralı ilə müqayisədə 2024-cü ilinilk iki ayında İtaliyaya qaz nəqlinin həcmi 10,3 dəfə və ya 1 milyard 443 milyon 812,26 min kubmetr, dəyər ifadəsində ixracın həcmi 4,8 dəfə və ya 576 milyon 763,97 min dollar artıb.

Ümumilikdə, 2024-cü ilin ilk iki ayında Azərbaycandan 1 milyard 459 milyon 774,04 min dollar (artım 2,9 dəfə) məbləğində ümumilikdə 3 milyard 953 milyon 658,45 min kubmetr (artım 3,3 dəfə) qaz ixrac edilib. 

2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min dollar dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib. Bu, 2023-cü ilin göstəricisindən kəmiyyət ifadəsində 2 milyard 494 milyon 741,9 min kubmetr (30,4%) çoxdur, dəyər ifadəsində isə 2 milyard 992 milyon 914,03 min dollar (27,1%) azdır.

Azərbaycan qazının Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürmə qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonuna qədər isə 20 milyard kubmetrə çatdırılacaq.
 
N.Təbrizli

www.anews.az
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla