AZ

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Bakı. Trend:

Türkiyə-Azərbaycan Universitetinin tədris binası seçilməküzrədir. Yaxın günlərdə Türkiyə heyətinin Azərbaycana gəlməsigözlənilir.

Trend xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında elm vətəhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin təhsilproqramı və partnyorları məlumdur.

“Müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu TexnikiUniversiteti və Hacettepe Universitetindən seçiləcək. OnlarAzərbaycana mütəmadi gələcəklər. May ayında universitetlə bağlıdaha ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və TəhsilNazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında AnlaşmaMemorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsilnaziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədriErol Özvar imzalayıblar.

Seçilən
71
9
Mənbələr
Şərh ()
Bağla