AZ

Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO

..."Sovetlər dövründə Azərbaycanı icarəyə vermişdik", "Albert Aqarunovun hərəkətləri Azərbaycan-İsrail münasibətlərini inkişaf etdirir", "Region dövlətləri öz aralarında sülh müqaviləsi imzalamalıdır", "Orta məktəb müəllimlərinin hamısı narkotestdən keçirilməldir", "Dünyadakı bütün terror təşkilatları müsəlmanlarla bağlıdır"...

Cəmiyyətdə dillər əzbəri olan bu məsuliyyətsiz ifadələrin müəllifini təqdim etməyə ehtiyac yoxdur. Çünki, oxucular söhbətin kimdən getdiyini yaxşı bilir.

Milli Məclisin deputatı Arzu Nağıyevin məişət səviyyəli açıqlamalarından xeyli misallar gətirmək olar. Nağıyev müsahibələrində nə danışdığını özü də anlamır. Təsadüfi deyil ki, onun bu baməzə bəyanatları bir çoxlarının gülüş və məzə obyektinə çevrilir. Fikrini düzgün ifadə edə bilməyəndə isə pərt olur, qızarır, qəfildən mövzunu dəyişərək başqa söhbətə keçir, hətta aparıcını çaşdırır. Onun bu müsahibələrinə baxanda elə təsəvvür yaranır ki, Nağıyev parlamentlə şou aləmini səhv salıb.

Təəssüf ki, Nağıyevin mediada səsləndirdiyi məsuliyyətsiz fikirlər, buraxdığı ciddi siyasi səhvlər həm də Azərbaycan dövlətinin, Milli Məclisin nüfuzuna xələl gətirir. Maraqlıdır ki, belə bir adamı ciddiyə alıb ona tribuna verən bəzi televiziya kanalları da öz məsuliyyətlərini anlamırlar. Görünür, Nağıyevi efirlərə dəvət edib boş-boş danışdıran telekanallar qeyri peşəkarlıq nümayiş etdirir və efir vaxtını doldururlar. Əlbəttə ki, bütün bunlar Azərbaycan tamaşaçısının dəqiq, səhih və dolğun məlumat almaq hüququnu məhdudlaşdırır.

Milli.Az

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla