AZ

Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar

Cari ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən 11 min 630 ton miqdarında ət alıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsula 25 milyon 380 min ABŞ dolları xərc çəkilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 263 ton (2,3%), dəyər ifadəsi ilə 6 milyon 121 min ABŞ dolları (31,7%) çoxdur. 2023-cü ilin birinci rübündə ət idxalının miqdarı 11 min 367 ton, dəyəri isə 19 milyon 259 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında xaricdən alınan ətin bir tonu üçün orta qiyməti 2 min 182 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 488 ABŞ dolları və ya 28,8% bahadır. Ötən ilin birinci rübündə xaricdən alınan ətin bir tonu üçün orta qiyməti 1 min 694 ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ilin ilk üç ayında Azərbaycana idxal olunan ət ümumi idaxlın 0,68 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla