AZ

Məktəblərdəki kişi müəllimlərin sayı təhsilə necə təsir edir? - Rəsmi Açıqlama

Müəllimlərin İşə Qəbulu imtahanları nəticəsində işə qəbul edilən kişi və qadın müəllimlərdən hansının çoxluq təşkil edib-etməməsi ilə bağlı artım və ya azalma müşahidə etmirik.

Ölkə.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib. Qurum rəsmisi bildirib ki, ənənəvi olaraq kişi müəllimlər az, qadın müəllimlər çoxluq təşkil edir:

"Tendensiya son illərdə belədir. Bu, sosial-iqtisadi məsələlərlə bağlı ola bilər. Biz bununla bağlı keyfiyyət dəyişikliyini müşahidə etmirik. Bunun uşaqların təlim-tərbiyəsinə əsaslı təsiri ilə bağlı fikirləri əsaslı olduğuna şübhələr var".

Billurə Yunus

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla