AZ

Qvardiola ÇL-də “Real”a acı məğlubiyyəti şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/4 finalının cavab ev oyununda “Real”a məğlubiyətini şərh edib.

Arena.az xatırladır ki, Madriddə keçirilmiş ilk oyunda “Real”la 3:3 hesablı heç-heçə oynamış “Mançester Siti”, evdə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunu penaltilər silsiləsində 3:4 hesabı ilə məğlub olmaqla əldən verib.

Beləliklə “Mançester Siti” Çempionlar Liqasında iştirakına xitam verib.

“Qələbəyə üstünlük verərdim, amma “Real”ı təbrik edirəm. Biz hər şeyi etdik, ona görə də etdiyimiz heç bir şeydən qətiyyən peşman deyiləm. Bir məşqçi kimi həmişə deyirəm: əsas odur ki, daha çox qol vurub, az qol buraxaq, biz də hər şeyi etdik. Müstəsna oynadıq, amma təəssüf ki, qalib gələ bilmədik, belədir. Bəzən penaltilərdə qalib gələ bilirsən, bəzən isə bacarmırsan. Amma oyunda çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan imkanları qola çevirə bilmədik. Hər kəs yüksək səviyyədə çıxış etdi”, – BBC ispan mütəxəssisin sözlərini sitat gətirir.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının cari çempionudur.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla