AZ

Ermənistan baş naziri artıq xalqla açıq danışmaq qərarı verib: “Onlar anlayırlar ki, bu yalanlarla…”

“Artıq yaşadığımız dünyada erməni mif və yalanlarına yer yoxdur. Bu saxta mif və yalanları Azərbaycanın hərbi-siyasi-diplomatik gücü darmadağın etdi. Əslində saxta soyqırım iddiaları, “böyük Ermənistan” xülyaları, qədim millət yalanlarının ən böyük ziyanı elə ermənilərin özlərinə dəydi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, bu saxtalaşdırılmış tarix onilliklər boyu Ermənistanın modern dünyadan tədrici ilə nəticələnib:

“Artıq Ermənistanda bəziləri anlayırlar ki, Yeni Dünyada bu yalanlar üzərindən dövlət qurmaq və onu yaşatmaq mümkün olmayacaq. Və bu tarixi zərurət Ermənistanı bütün keçmiş tarix və siyasətlərinə yenidən baxmaq məcburiyyəti faktı qarşısında qoyub. Onlar anlamağa başlayıblar ki, ağrı dağının, Göyçə gölünün, Zəngəzur mahalının adını dəyişməklə tarixi dəyişə bilməzlər. Odur ki, Ermənistan baş nazirinin bütün bunları, o cümlədən 1915-ci il hadisələrini xalqla açıq danışmaq qərarı verdiyi görünür. Sözsüz ki, bu, asan olmayacaq. Yüzillər boyu beyni yalanlarla, saxta epitetlərlə zəhərlənmiş bir xalqa gerçəkləri anlatmaq, başa salmaq xeyli zaman aparacaq”.

Politoloq bildirib ki, Birinci dünya müharibəsinin gedişində xarici havadarlarının əslsiz vədlərinə uyaraq türk şəhər və kəndlərini talayan, vətən savaşı aparan bir ordunu arxadan xəncərləyən bir toplumu ölkənin bir bölgəsindən diğər bölgəsinə köçürmək soyqırım deyil, tam əksinə tam bir təhlükəsizlik tədbiridir:

“Ermənistanda saxta soyqırım yalanından əl çəkmək, Türkiyə və Azərbaycana qarşı torpaq iddialarından əl keçmək düşüncələri heç də o demək deyil ki, onlar artıq sağlam düşüncəyə sahib olublar. Sadəcə başqa yolları yoxdur. Azərbaycanın və Türkiyənin haqlı tələblərini yerinə yetirmədən, bu coğrafiyada yaşamağın və dövlət olmağın başqa formulunun olmadığını anlamış olmalıdırlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla