AZ

Zaxarova Fransanın nüvə arsenalından danışdı

"Moskva Parisin nüvə arsenalına Vaşinqton və Londonun arsenalları ilə ayrılmaz vəhdətdə baxmalıdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat Fransa tərəfinin aprelin 26-dan mayın 10-dək Aralıq dənizində baş tutacaq missiya çərçivəsində “Şarl de Qoll” nüvə təyyarədaşıyan gəmisini NATO-nun operativ nəzarətinə vermək qərarına diqqət çəkib.

“Parisin belə bir qərarı bizi bir daha inandırır ki, Avropanın təhlükəsizlik böhranları və ümumən qlobal təhlükəsizlik məsələləri, strateji sabitlik, silahlara nəzarət, Fransanın nüvə arsenalını Amerika və Britaniya ilə qırılmaz vəhdətdə nəzərdən keçirmək lazımdır “, - deyə Zaxarova bildirib.

Humay İSGƏNDƏRLİ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla