AZ

Ançelotti MS ilə oyun haqda: “Real” həmişə çıxış yolu tapır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti ÇL-in 1/4 finalının cavab səfər oyununda “Mançester Siti”ni mübarizədən kənarlaşdırması haqda danışıb.

Arena.az xatırladır ki, Madriddəki ilk oyunda 3:3 hesablı heç-heçə oynamış “Real”, səfərdə “Mançester Siti” ilə 1:1 hesablı bərabərliyin ardından “şəhərlilər”i penaltilər silsiləsində məğlub edərək, yarışın yarımfinal mərhələsinə çıxıb.

“Bu gecə çox, çox yaxşı müdafiə olunduq. Söhbət ölüm-dirimdən gedirdi. “Real” elə bir klubdur ki, onun mahiyyəti heç bir çıxış yolu olmadığı görünən şəraitdə daimi yaşamaq mübarizəsidir – amma biz həmişə çıxış yolu tapırıq. Penaltilər silsiləsi başlayanda biz irəliləyəcəyimizə tam əmin idik”, – UEFA-nın mətbuat xidməti italyan mütəxəssisdən sitat gətirir.

Yarımfinala vəsiqə qazanmış “Real” burada Almaniya nəhəngi “Bayern”lə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla