AZ

Pul müqabilində 21 əcnəbini Azərbaycandan Avropaya keçirmək istədilər (VİDEO)

Bakı. Trend:

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququverən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər NazirliyininQanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarıtərəfindən tədbirlər keçirilib.

Dİn-dən Trend-ə bildirilib ki, tədbirlərlə müxtəlif ölkələrinvətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusunayol verdikləri üçün saxlanılıblar.

Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guyaölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarlaAvropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyivədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlarbarəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasənprotokol tərtib edilib.

Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəlibilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilinəvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququverən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyən edilib vəbarələrində müvafiq tədbirlər görülüb.

Seçilən
62
25
Mənbələr
Şərh ()
Bağla