AZ

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Pekin

Bakı, 18 aprel, AZƏRTAC

Çin Xarici İşlər Nazirliyi cümə axşamı ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfərini iki ölkə arasında qlobal ticarət, regional münaqişələr və Rusiya-Ukrayna müharibəsi ilə bağlı gərginliyin artması fonunda alqışlayıb.

AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, Blinken aprelin 23-də Çinə dördgünlük səfərə yola düşəcək və orada Pekin-Moskva münasibətləri və Cənubi Çin dənizində Filippinə qarşı aqressiv hərəkətlər də daxil olmaqla, gərginliyin artması fonunda yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ənənəvi brifinqdə deyib ki, Pekin ABŞ dövlət katibi Blinkenin yaxın bir neçə gün ərzində Çinə səfərini alqışlayır.

Blinkenin səfəri çərşənbə günü ABŞ Prezidenti Co Baydenin Çinin metal məhsullarına rüsumların kəskin şəkildə artırılmasını tələb etməsindən sonra artan gərginlik fonunda baş tutacaq.

Çin XİN-in sözçüsü əlavə edib: “Prinsipial olaraq, biz ardıcıl surətdə Birləşmiş Ştatlardan ədalətli rəqabət prinsiplərinə, ÜTT-nin qaydalarına ciddi şəkildə hörmət etməyi və Çinə yönəlmiş ticarət proteksionist tədbirlərini dərhal dayandırmağı tələb etmişik”.

Seçilən
82
41
Mənbələr
Şərh ()
Bağla