AZ

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Bəs çörək üçün istifadə edilən unun tərkibinin dəyişdirilməsi çörəyin bahalaşmasına səbəb olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekpsert Xalid Kərimlinin fikrincə, bu tip tədbirlərin görülməsi çörəyin qiymətinə təsir etməyəcək:

"Əvvələ qayıtsaq, mən düşünmürəm ki, bu tədbir çörəyin bahalaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə hal-hazırda dünyada son bir ildir un qiymətlərinin ardıcıl ucuzlaşması müşahidə olunur. Ukrayna taxılının Qara dəniz ticarətinə məhdudiyyət qoyuldu. Amma məhsullardılığın artması, anbar qalıqlarının yüksək olması un qiymətlərini yüksək səviyyədə saxlayır. Bu baxımdan güman getmirəm ki, bu cür tədbirlər çörəyin qiymətinə təsir etsin. Əksinə çörəyin qiymətində hələ də ucuzlaşma ola bilər. Yəni belə bir ehtimalın olması daha yüksəkdir".

Xatırladaq ki, AQTA sədri yaxın günlərdə həmin zənginləşdirmə prosedurunun həyata keçiriləcəkyini deyib. Bildirilib ki, sözügedən çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik.

Sevda Səfərova

Seçilən
79
30
Mənbələr
Şərh ()
Bağla