AZ

Qeyri-neft sektoru ixracında Azərbaycan Ermənistan üçün müstəsna rol oynayacaq – Ekspert

Azərbaycan-Ermənistan sərhəddində yaranmış son durum Nikol Paşinyanın Qazaxla sərhəd bölgəsinə təkrar səfərinə münasibətdə birmənalı deyil. Son səfərində baş nazir sakinlərlə görüşüb. Görüş zamanı Paşinyan sakinlərə kəndlərin qaytarılmasında narahatlıq üçün heç bir əsas olmadığını, əksinə bu gələcəkdə kommunikasiyaların açılmasından bəhrələnmək şanslarının olduğunu bildirib.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzunu Herbiand.az-a şərh edib:

“Təbii ki, Azərbaycanla olan münasibətlərin yaxşılacağı təqdirdə sərhədlərin açılması, yeni ticarət əlaqələrinin formalşması sərhəddə yaşayanların məşğulluğuna töhfənin verilməsi, yeni biznes subyektlərinin yaradılması potensialı, yeni layihələrin icra olunması, tranzitdən bu regionlara faydalanması kimi məsələlər var”.

Ekspert hesab edir ki, bu gün Ermənistanın tərəqqisi mütləq şəkildə Türkiyə və Azərbaycanla, əsasən də Azərbaycanla olan münasibətlərin normallaşmasından keçir:

“Bunu Paşinyan çox gözəl bilir. Hətta bu gün sülh müqaviləsinin bağlanmasına maneçilik törədən istər Ermənistanın daxilində, istər xaricində olan qüvvələr də bunu gözəl bilirlər. Və Paşinyan da sakinlərə məhz bunu anlatmağa çalışır.

Bu gün Azərbaycan və Ermənistan arasında olan ticarət dövriyyəsi Azərbaycanın statistik büllitenlərində sıfır olaraq göstərilir. Düşünürəm ki, sülh müqaviləsindən sonra ticarət əlaqələri formalaşacaq, getdikcə yüksələcək. Və hesab edirəm ki, bu hər iki tərəf üçün faydalı olacaq. Azərbaycandan enerji daşıyıcıları, Ermənistanın isə qeyri-neft məsulları üçün səmərəli bazar yaranacaq”.   

Elnurə İSAXAN

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla