AZ

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul 1 may tarixindən başlayacaq:

 

"3 maydan etibarən valideynlər məktəb və müəllim seçə biləcəklər. Tam elektronlaşdırılmış proses 13-14 sentyabra qədər davam edəcək. 130 minə yaxın uşağın 80 mindən çoxu yəni 70 faizi 1 may tarixində bir neçə saat ərzində qəbul olunacaq. Bunlar artıq məktəbəqədər təhsil müəssisələrində təhsil almış uşaqlar olacaq.

 

Rus bölməsinə müraciət edənlər öncə müsahibə üçün 3-17 may tarixində qeydiyyatdan keçəcəklər. İlkin dil bilikləri qiymətləndiriləcək. Müsahibədən keçənlər 30 maya qədər qeydiyyatdan keçəcəklər. Nəticələrdən narazı olanlar üçün apellyasiyalar təşkil ediləcək. 12 iyundan etibarən rus bölməsi üzrə müraciət edən valideynlər məktəb və müəllim seçimi edə biləcəklər", - o bildirib.


Firuzə Əliyeva


 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla