AZ

Çinin avtomobil şirkəti istehsal üçün ölkə axtarır

Çinin avtomobil istehsalçısı "Dongfeng" Avropada istehsal üçün uyğun ölkə axtarır.

Hit.az xəbər verir ki, şirkət Avropada daha çox satış etmək üçün bu addımı atmaq niyyətindədir.

Ən optimal variant olaraq İtaliya ön plana çıxır. Şirkət rəsmiləri hesab edir ki, İtaliyada avtomobil istehsal etmək satışlara da müsbət təsir göstərəcək. 

Hazırda "Dongfeng" rəsmilərilə İtaliya hökuməti arasında danışıqlar aparılır. Qarşıdakı həftələrdə konkret addımların atılması proqnozlaşdırılır. 

Qeyd edək ki, ötən il 1,72 milyon ədəd avtomobil satan "Dongfeng"in hansı modellərini Avropada istehsal edəcəyi hələlik bilinmir. 

Pərviz

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla