AZ

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Mayın

Bakı, 18 aprel, AZƏRTAC

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin18-d’ keçirilən mətbuat konfransında deyib. O bildirib ki, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək: “Iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq”.

Eşqi Bağırov əlavə edib ki, Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq birinci sinfə keçiriləcək.

Qeyd edək ki, mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır. Proses sentyabrın 13-dək davam edəcək.

Seçilən
40
11
Mənbələr
Şərh ()
Bağla