AZ

“Traktor”un baş məşqçisi İrandan QAÇDI 

İranla İsrail arasında yaşanan hərbi gərginlik futbola da təsirsiz ötüşməyib. 

Bizim.Media xəbər verir ki, xüsusən də İranda yaşayan bəzi əcnəbi idman adamları ölkəni tərk etməyə başlayıblar. 

Onlardan biri də “Traktor”un baş məşqçisi Fransisko Xemesdir.

53 yaşlı ispaniyalı çalışdırıcı və onun korpusunda yer alan həmyerliləri ölkələrinə qayıtmaq qərarına gəliblər. Ümumilikdə 4 ispan mütəxəssis səfirliyin köməyi sayəsində İranı tərk edərkən çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir neçə günlük problemdən sonra ailələrinə qovuşa biliblər. Onlar “Traktor”la müqaviləyə xitam veriblər.
Qeyd edək ki, ötən həftəsonu İran İsrailə 300-ə yaxın raket və pilotsuz uçuş aparatı atıb. Bu, iki ölkə arasında vəziyyəti gərginləşdirib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla