AZ

“Hər iki tərəf bu əlaqədən faydalanmaq istəyir”

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən sərhədyanı ərazilərdəki kəndlərdə qapalı keçirilən görüşlərin bəzi detalları bəlli olub. Paşinyan iki ölkə arasında münasibətlərin yaxşılaşmasında narahatlıq üçün heç bir əsasın olmadığını bildirib. Nikol Paşinyan bildirib ki, yaxın olmaqdan çəkinmək yox, əksinə bunu ticarət və sair əlaqələr üçün fürsət kimi dəyərləndirmək lazımdır.

Ermənistanla sərhəddə yaşayan Qazax sakinləri bununla bağlı nə düşünür?

Mövzu ilə bağlı sualları cavablandıran “İnnonativ Vətəndaş Təşəbbüsləri” İctimai Birliyinin sədri  Rafiq Muradov bildirdi ki, ictimaiyyətin buna münasibəti müsbət olacaq:

“Əgər Ermənistanda  siyasi iradə olarsa, hər iki ölkənin hökuməti sərhədlərin açılmağına razılıq verərsə, məncə, ictimaiyyətin buna münasibəti müsbət olacaq. Hər iki ölkənin sərhədyanı bölgələrində kommunikasiya bərpasına, ticarət əlaqələrin qurulmasına ehtiyacı çoxdur. Hər iki tərəf bu əlaqədən faydalanmaq istəyir. Təbii ki, bunun əsası var. Yaxın keçmişdə əlaqələr mövcud idi. Qarşılıqlı şəkildə gediş-gəliş olub. Sadəcə olaraq, əlaqələrin bərpa olunmasına, tənzimlənməsinə və formaya salınmasına  Ermənistanın siyasi iradəsi lazımdır”.

Emin ŞİRVANZADƏ

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla