AZ

Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?

Ermənistan Səudiyyə Ərəbistanını Qara dənizə çıxışa imkan verən kommunikasiyaların inkişafı ilə körfəz ölkələri üçün açılan imkanları nəzərdən keçirməyə dəvət edib.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ər-Riyadda Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Feysəl bin Fadl bin Muhsin əl-İbrahimlə görüşündə deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu kontekstdə Mirzoyan nazirə “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.

Tərəflər ikitərəfli gündəliyə dair məsələləri, turizmin, ticarətin, infrastrukturun inkişafı və investisiyaların cəlb edilməsi imkanları, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması, eləcə də müntəzəm hava nəqliyyatı məsələlərini müzakirə ediblər. Zəruri hüquqi bazanın hazırlanması ilə bağlı razılıq əldə olunub.

Qeyd olunur ki, səudiyyəli nazir potensialın səmərəli həyata keçirilməsi üçün hər iki ölkənin maraqlarını əks etdirən “yol xəritəsi”nin razılaşdırılmasını təklif edib.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla