AZ

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar genişləndirilir. Lakin tıxac problemi hələ də aktuallığını qoruyur.

 

Bəs tıxacla necə mübarizə aparmalıyıq?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, yeni yollar avtomobil istifadəsini artırır.

 

“Daha öncə ictimai nəqliyyatdan istifadə edənlər şəxsi avtomobillərdən istifadə etməyə üstünlük verirlər. Tıxac yaradan səbəblərdən biri də nizamsız parklanmadır. Tıxaclarla mübarizədə ictimai nəqliyyatın stimullaşdırılması, piyadalar və velosipedçilərin hərəkəti üçün şəraitin yaradılması və səmərəli parkinq siyasəti vacib rol oynayır”.

 

Ekspert qeyd edib ki, ictimai nəqliyyatın stimullaşdırılması üçün onun keyfiyyəti və rahatlığı artırılmalı, istifadə ərazisi genişləndirilməlidir.

 

“Sərnişinlərin təyinat nöqtələrinə tez çata bilməsi prioritet məsələlərdən biridir. Piyadalar üçün mühit pis olduqda onlar ən qısa məsəfalərə belə avtomobillə getməyə üstünlük verirlər. Halbuki 3-4 kilometrlik məsafələrə piyada, skuter və velosipedlə getmək olar. Şəhərdə avtomobil axınının nəzarətə götürülməsinin yollarından biri də parklanmanın idarə edilməsidir”.

 

Ülkər Abdurahmanlı

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla