AZ

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

 

"Onlardan 1600-dan çoxu məktəbəqədər, 145-i isə məktəbdənkənar təhsil müəssisələridir. 106 mini məktəbəqədər, 121 mini məktəbdənkənar olmaqla ümumi təhsil müəssisələrində 1 milyon 700 mindən çox təhsilalan var. Təəssüf ki, hər bir şagird üçün şərait yarada bilmirik. Buna görə də əsas hədəfimiz əhatəliliyin artırılmasıdır. Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq", - o bildirib.

 


Firuzə Əliyeva
 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla