AZ

Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb

17.04.2024-cü il tarixində saat 02:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə boğulma səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası göndərilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı xəstə (cinsi kişi) müayinə olunub və ona zəruri tibbi xidmət göstərilib.
 
Xəstəyə müayinədən sonra bronxial astma diaqnozu qoyulub və nebulayzer vasitəsilə hava yollarına dərman yeridilib.
 
Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb.
Seçilən
141
Mənbələr
Şərh ()
Bağla